Dövlət İmtahan Mərkəzi (DİM) 5 və 12 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirib.
Hər iki imtahanın nəticələri də artıq məlumdur. DİM bu imtahanlarda respublika üzrə ən yüksək nəticə göstərən abituriyentlərin sayını və adlarını açıqlayıb. Onların hamısı Bakı məktəblərinin şagirdləridir.
Bəs Regional Təhsil idarələrinin əhatə etdiyi bölgələrdə ən çox bal toplamış abituriyentlər kimlərdir?
AzEdu.az portalı bu sualın cavabını tapmaq üçün araşdırma aparır.
Bu araşdırma nəticəsində Regional Təhsil idarələrinin əhatə etdiyi rayonlar üzrə ən yüksək bal toplayan şagirdləri sizə təqdim edirik.
Artıq bir neçə Regional Təhsil İdarəsi üzrə ən yüksək bal toplayan abituriyentlərin adını sizə təqdim etmişik.
Bu yazıda isə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin əhatə etdiyi Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları üzrə ən yüksək bal toplayan abituriyentlərin adlarını diqqətinizə çatdırırıq.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən AzEdu.az-a bildirilib ki, bu region üzrə ən yüksək bal toplayan abituriyent Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta məktəbin XI sinif şagirdidir.
Rzayeva Gülnur Hikmət qızı buraxılış imtahanlarının nəticələrinə əsasən, 287 balla Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rayonları üzrə ən yaxşı göstəriciyə nail olub.
***
Aşağıda Quba-Xaçmaz Regional Təhsil İdarəsi üzrə buraxılış imtahanlarından ən çox bal toplayan digər 4 abituriyenti də təqdim edirik:
Babayev Cavidan - Quba şəhəri Zaur Cəfərov adına 3 nömrəli tam orta məktəb - 281 bal;
***
Şingarova Leyla - Qusar şəhəri Elxan Güləliyev adına 2 nömrəli tam orta məktəb - 279 bal;
Mərdəliyeva Aytən - Xaçmaz şəhəri akademik Zərifə Əliyeva adına 8 nömrəli məktəb lisey – 277 bal
Qədəşova Səbinə - Siyəzən şəhəri M.Müşfiq adına 2 nömrəli tam orta məktəb - 270 bal