Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.
Bu barədə AzEdu.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.
Xatırladaq ki, Xaçmaz rayon sakinləri 16 yaşlı Nicat Muradov və qardaşı 13 yaşlı Kənan aprelin 20-də təhsil aldıqları Xaçmaz rayon 9 saylı tam orta məktəbdən çıxdıqdan sonra onları görən olmayıb, eləcə də yaşadıqları evə bir daha geri qayıtmayıblar.
***
Xaçmaz şəhərində məktəbdən çıxaraq itkin düşən 2 qardaş tapılıb.
AzEdu.az Report-a istinadən xəbər verir ki, bunu məktəblilərin atası Tural Muradov bildirib.
"Övladlarım Nicat və Kənan aprelin 22-də günorta saatlarında internet vasitəsi ilə əlaqə saxlayaraq Xaçmaz şəhərinin mərkəzində olduqlarını bildirdilər", - o söyləyib.
***
Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda iki məktəbli qardaşın itkin düşdüyü barədə məlumat yayıb.
AzEdu.az-ın məlumatına görə, DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, Xaçmaz şəhər sakinləri, 9 saylı məktəbin 10-cu sinif şagirdi Nicat Muradov və onun qardaşı, 7-ci sinif şagirdi Kənan 3 gün öncə dərsdən çıxıb və evə qayıtmayıblar.
Onları görən şəxslərdən bu barədə DİN-in "102 - Xidməti Zəng Mərkəzi”nə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinin (2332)5-53-56 şəhər nömrəsinə və ya (055/070) 234-50-30 mobil nömrələrinə məlumat vermələri xahiş olunur.