Azedu.az

“Nəticəmi görəndə şoka düşdüm” - Yüksək bal toplayan 4 abituriyentdən biri

Məktəblər

Kolleclər

Universitetlər

Maraqlı

Müəllimlər və elm adamları

Müsahibə

Elm və Təhsil Nazirliyi

Dövlət İmtahan Mərkəzi (DİM)

20 Aprel 2023, 10:18
“Nəticəmi görəndə şoka düşdüm” - Yüksək bal toplayan 4 abituriyentdən biri

Dünən tam (11 illik) orta təhsil səviyyəsi üzrə 12 mart 2023-cü il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olundu.

 

İmtahanda iştirak edən 50 mindən çox abituriyent arasında 4 nəfər ən yüksək nəticəni göstərərək 297.5 bal toplayıb.

 

Onlardan biri də Fidan Abışovadır. O, Bakı şəhəri Nəsimi rayonu texniki-humanitar liseyində təhsil alır.

 

İmtahan nəticəsinin sevincini yaşayan Fidan təəssüratlarını AzEdu.az saytı ilə bölüşdü:

 

“Nəticəmi ilk dəfə görəndə çox təəccübləndim. İnanırdım ki, yaxşı yazmışam. Çünki yetərincə hazırlaşmışdım. Amma bu qədər yüksək olacağını gözləmədiyimdən şoka düşdüm. Təbii ki, bu məni çox sevindirdi. Cəmi bir sualda səhv etmişdim. O da rus dilindən qapalı sual idi”.

 

 Fidan Abışova yaşıdlarına müraciət edərək deyib ki, daim məqsədlərinə çatmağa çalışsınlar:

 

Düşünürəm ki, hər kəsin bir məqsədi olmalıdır. Məqsəd qoyduqdan sonra ona çatmaq daha asan olur. Və yüksək nəticəni müəllimlərimin hər dediklərinə diqqətlə qulaq asdığıma görə əldə etmişəm. Müəllimlərim, məktəbim və yaxınlarım mənə dəstək olduqları və inandıqları üçün yüksək nəticə əldə etmək o qədərdə çətin olmadı”.

 

O, təhsilini harada davam etmək istədiyi barədə sualımıza "Azərbaycanda" deyə cavab verdi. Lakin oxumaq istədiyi universitet və ixtisas seçiminin hələ sirr olduğunu vurğuladı:

 

“Universitet və ixtisas seçimim hələ ki sirrdir. Qəbul imtahanını verib, nəticəmi bildikdən sonra buna dəqiq qərar verəcəm”, - deyə o fikrini tamamlayıb.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox