Azedu.az

12 mart buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq - DİM

Məktəblər

Kolleclər

Universitetlər

Müəllimlər və elm adamları

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

17 Aprel 2023, 15:31
12 mart buraxılış imtahanının nəticələri bu tarixdə elan olunacaq - DİM

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 12 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri ilə bağlı sayı-hesabı olmayan suallar ünvanlanır.

 

İmtahan verən hər kəs nəticələrin açıqlanmasını həyəcanla gözləyir.

 

AzEdu.az-ın DİM-dən aldığı son məlumata əsasən, 12 mart tarixində keçirilən buraxılış imtahanı nəticələrinin növbəti 3 gün ərzində elan olunması nəzərdə tutulur.

 

Xatırladaq ki, martın 12-dəki buraxılış imtahanları Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami rayonlarında, Gəncə (II zona), Naxçıvan, Mingəçevir şəhərlərində, Abşeron, Samux, Daşkəsən, Ağstafa, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Qobustan, Zərdab, Şamaxı, İsmayıllı, Cəlilabad, Yardımlı, Lerik, Biləsuvar, Ağcabədi, Beyləqan, Füzuli, Ağdam, Zəngilan (Ağalı kəndi), Qax, Balakən, Zaqatala, Quba, Şabran, Qusar rayonlarında, həmçinin xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblərdə), tədrisi gürcü dilində olan məktəblərdə, hərbi liseylərdə təhsil alan şagirdlər üçün keçirilib. 

Həmin tarixdə Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində də buraxılış imtahanı keçirilib.


Ümumilikdə bu imtahanlarda 51 minə yaxın 11-ci sinif şagirdi iştirak edib.

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox