Təhsil ictimaiyyəti arasında gəzən söz-söhbətə görə, gələn il 9-cu sinfin buraxılış imtahanlarına tarix fənninin də daxil ediləcəyi gözlənilir.
Hətta bəzi müəllimlər bu iddiaların dəqiq olduğu barədə sosial şəbəkələrdə müzakirələr açıblar.
Növbəti ildə 9-cu sinfin buraxılış imtahanına tarix fənninin salınması nə dərəcədə əsaslı məlumatdır?
AzEdu.az-ın DİM-dən aldığı məlumata əsasən, bu iddialar həqiqətə uyğun deyil.
"Gələn il 9-cu sinfin buraxılış imtahanına tarix fənninin daxil edilməsi gözlənilmir", - deyə DİM-dən bildirilib.