Azedu.az

Müəllimlərin maaş problemi HƏLL OLUNDU

Məktəblər

6 Aprel 2023, 08:54
Müəllimlərin maaş problemi HƏLL OLUNDU

Məlum olduğu kimi, büdcədən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları 2023-cü il fevralın 1-dən 10 faiz artırılıb.


Lakin müəllimlər fevral və mart aylarının maaşını artımsız almışdılar. O zaman narazılıq edən təhsil işçilərinə vəd olunmuşdu ki, müəllimlər fevral və mart aylarının artımını bir yerdə alacaqlar.

AzEdu.az-ın məlumatına görə, dünən Bakı şəhəri də daxil olmaqla ölkə üzrə bütün regionlarda müəllimlərin maaş artımı öz hesablarına köçürülüb və proses yekunlaşıb.
 

Təhsil işçilərinin saytımıza bildirdiyinə görə, iki aylıq əmək haqqı artımını birlikdə alıblar.

 

 

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox