Azedu.az

Bakı məktəbliləri Pakistana dair bilik yarışına qatıldılar

Məktəblər

Maraqlı

Tələbə və şagird

4 Aprel 2023, 13:45
Bakı məktəbliləri Pakistana dair bilik yarışına qatıldılar

Bakı şəhər 20 nömrəli tam orta məktəbdə təşkil edilmiş viktorinada şagirdlər Pakistanın tarixi və mədəniyyəti ilə bağlı biliklərini nümayiş etdiriblər.

 

AzEdu.az Reporta istinadən xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva iştirak ediblər.

 

M.Vəliyeva Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırladıb.

 

"Ölkələrimiz arasında dostluğun qədim tarixi var, bizi birləşdirən çoxlu dəyərlər var. Azərbaycan hər zaman, xüsusilə də 44 günlük Qarabağ müharibəsi zamanı Pakistanın dəstəyini hiss edib", - o bildirib və bu il dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunduğunu əlavə edib.

 

“Bu münasibətlə çalışdıq ki, Bakı məktəbliləri Pakistan haqqında daha çox məlumat əldə etsinlər və bəlkə də gələcəkdə bu gözəl ölkəyə səfər etsinlər”, - paytaxtın Təhsil İdarəsinin müdiri deyib.

 

Pakistan səfiri isə öz növbəsində ölkələr arasında çoxlu ümumi cəhətlərin olduğunu bildirib.

 

"Həm Pakistan, həm də Azərbaycan müstəqillik əldə etdikdən sonra ərazilərinin işğalı ilə üzləşdi. Siz çox xoşbəxtsiniz ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib. Qarabağ Azərbaycandır! Valideynləriniz çox ağır illərdən keçiblər, amma siz azad Azərbaycanda yaşayırsınız. Ölkəniz daha da güclənib, bu isə gənclər üçün daha geniş imkanlar deməkdir. Mən çox istəyirəm ki, siz gələcəkdə Pakistana səfər edəsiniz və ölkəmizin gözəlliklərini görəsiniz”, - səfir məktəblilərə müraciətində bildirib.

 

Daha sonra məktəblilər viktorinada iştirak edərək, Pakistanın mədəniyyəti və tarixi ilə bağlı biliklərini nümayiş etdiriblər.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox