Azedu.az

Böyük və Kiçik Summativ Qiymətləndirmələr bu müddət ərzində keçiriləcək - RƏSMİ

21 Sentyabr 2018, 18:06
Böyük və Kiçik Summativ Qiymətləndirmələr bu müddət ərzində keçiriləcək - RƏSMİ

Kiçik Summativ Qiymətləndirmə 45, Böyük Summativ Qiymətləndirmə isə 90 dəqiqə ərzində keçiriləcək.

Bu barədə Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov Təhsil  Tv-də yayımlanan “Həftənin sualı” verilişinə açıqlaması zamanı məlumat verib.

O, məktəbdaxili qiymətləndirməyə tətbiq ediləcək qiymətləndirmələr haqda danışarkən bildirib ki, hər fəndən ən azı 3 Kiçik Summativ Qiymətləndirmə olmalıdır. Onun sözlərinə görə bu dəfə artıq summativlərin keçirilmə müddəti və  vaxtı da dəqiqləşdirilib:

“KSQ dərs vaxtı  keçirilir və 1 dərs, yəni, 45 dəqiqə ərzində yekunlaşır. KSQ daha yaxın vaxtları əhatə etdiyindən  onun üçün 1 saat kifayət olur. Amma Böyük Summativ Qiymətləndirmənin dərsdən kənar vaxtda keçirilməsi planlaşdırırlır. BSQ-nin keçirilmə müddəti isə 90 dəqiqə nəzərdə tutulub”.

İsr@ildən AĞIR ZƏRBƏ - İranın düşünən beyni vuruldu
Son xəbərlərDaha çox