Azedu.az

Summativ qiymətləndirmə bu üsulla aparılacaq- RƏSMİ

Məktəblər

21 Sentyabr 2018, 17:53
Summativ qiymətləndirmə bu üsulla aparılacaq- RƏSMİ

Summativ qiymətləndirmə "5” ballıqdan əlavə olaraq,  “100” ballıq şkala ilə də hesablanacaq. 

AzEdu.az xəbər verir ki, bunu təhsil nazirliyinin sektor müdiri Vidadi Bağırov deyib.

Bildirilib ki, yarımillik qiymətləri böyük summativ qiymətləndirmə aparılmayan fənlər üzrə KSQ ballarının əsasən ("5” ballıq) əsasən yazılacaq.

Şagirdin illik balı onun yarımillik ballarının ədədi ortası kimi müəyyənləşdiriləcək və 5 ballıq şkalaya uyğunlaşdırılaraq, sinif jurnalının müvafiq qrafasının birinci sütununda 100 ballıq şkalaya uyğun bal, ikinci sütununda isə 5 ballıq şkalaya uyğun qiymət yazılacaq.

“100” ballıq şkalada,

0-30 bal aralığı “5” ballıq şkalada “2” qiymətinə bərabərdir
30-60 bal aralığı “5” ballıq şkalada “3” qiymətinə bərabərdir
60-80 bal aralığı “5” ballıq şkalada “4” qiymətinə bərabərdir
80-100 bal aralığı “5” ballıq şkalada “5” qiymətinə bərabərdir

Qeyd edək ki, məktəbdaxili qiymətləndirmə əvvəlki kimi diaqnostik, formativ və summativ olmaqla 3 növdən ibarət olacaq. Əsas dəyişiklikər summativ qiymətləndirmələr və onların formatı ilə bağlıdır. Belə ki, I siniflərdə summativ qiymətləndirmə nəzərdə tutulmur. II-III siniflərdə kiçik summativlər nəzərdə tutulsa da, böyük summativ qiymətləndirmə aparılmayacaq. IV sinifdə isə bütün fənlərdən həm KSQ, həm  də BSQ keçiriləcək.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox