Azedu.az

Məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək

Məktəblər

Elm və Təhsil Nazirliyi

3 Aprel 2023, 14:06
Məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələri keçiriləcək

Aprelin 30-da Lütfi Zadə adına məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin ilkin mərhələsi  keçiriləcək.  Müsabiqələrdə iştirak üçün onlayn qeydiyyat prosesinə yaxın günlərdə start veriləcək. 

 

Elm və Təhsil Nazirliyindən AzEdu.az-a bu barədə məlumat verilib.

 

Bildirilib ki, VI sinif şagirdləri riyaziyyat və informatika, VII  sinif şagirdləri fizika, kimya və biologiya fənləri üzrə müsabiqələrdə iştirak edə bilərlər. Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilir. 

  

Qeyd edək ki, müsabiqələrin keçirilməsinin məqsədi məktəblilər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənənləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. 

  

Müsabiqələrin növbəti mərhələlərinin may və iyun aylarında keçirilməsi planlaşdırılır. 

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox