Azedu.az

2 apreldəki buraxılış imtahanının sualları daha sadə tərtib olunub - Ekspert RƏYİ

Məktəblər

Buraxılış İmtahanları

Dövlət İmtahan Mərkəzi (DİM)

Təhsil ekspertləri

Tələbə və şagird

3 Aprel 2023, 11:30
2 apreldəki buraxılış imtahanının sualları daha sadə tərtib olunub - Ekspert RƏYİ

2 aprel tarixində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən növbəti buraxılış imtahanı keçirilib. 

 

İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərini, Abşeron, Qazax, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Xaçmaz rayonlarını və Naxçıvan MR-ni əhatə edib. 


İmtahanda aşağıda sadalanan şəxslər iştirak edib:

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı.

 

2 aprel tarixli imtahanda düşən sualların 5 və 12 mart tarixli imtahanlarla müqaiysədə daha sadə olduğu bildirilir.

 

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Kamran Əsədov da bunu təsdiqləyib:

 

Kamran Əsədov izləyicini təhqir etdi — Foto

 

"2 Aprel tarixində 27 min nəfərin iştirakı ilə DİM tərəfindən imtahanlar təşkil olunub. Qeyd edim ki, eyni səviyəli imtahan olaraq nəzərdə tutsaq belə, 2 aprel tarixində keçirilən imtahanın sualları 5 və 12 mart tarixlərində keçirilən imtahandan xeyliu asan olması ilə fərqlənir. Düşünürəm ki, bu yol ilə DİM orta bal nisbətini qoruya biləcək".

 

Ekspert fənlər üzrə sualların çətinlik səviyəsini müqayisə edib:

 

"Biz dünənki imtahan suallarını təhlil etdikdə görə bilirik ki, Azərbaycan dili fənnindən kifayət qədər sadə suallar təqdim olunub. 5 və 12 mart tarixli imtahanlar ilə müqayisədə mətn suallarının özü belə kifayət qədər sadə tərtib olunub. 5, 12 mart tarixində şagirdlərə təqdim olunan mətnlər onlar üçün ciddi vaxt itkisinə səbəb olmuşdu.


Riyaziyyat fənni ilə bağlı şagirdlərimizin yadında qalan suallara əsasən təhlil apardıq. Bu fəndən sadəcə bir çətin sualın olduğunu gördük. Digərləri orta və asan tipli suallar olub.

İngilis dili ilə bağlı yenə də narazılıqların olduğunun görürük. Dinləmə tipli test tapşırıqlarının səsləndirilməsi və sualın cavablandırılması ilə bağlı problemlər olub. Düşünürəm ki, biz istədiyimiz nəticəni əldə etmək üçün bu tip sualı ləğv etməliyik. Düzdür, məktəblərdə kurrikulium standartlarına uyğun olaraq şagirdlərdə bu bacarıqlar formalaşdırılır. Amma birmənalı şəkildə dinləmə cihazının imtahan otağının əvvəlində olması, arxadakı uşaqların bunu yaxşı eşidə bilməməsinə səbəb olur. Ümumilikdə dinləmə ilə bağlı şikayətlərin olduğunu müşahidə etdik".

Məhkəmədə dəhşətli sirlər açıldı
Son xəbərlərDaha çox