Azedu.az

DSX-nın Xüsusi Məktəbinə qəbul imtahanı bu tarixdə keçiriləcək

Məktəblər

Maraqlı

Dövlət İmtahan Mərkəzi (DİM)

Tələbə və şagird

27 Mart 2023, 13:07
DSX-nın Xüsusi Məktəbinə qəbul imtahanı bu tarixdə keçiriləcək

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul imtahanı aprelin 2-də keçiriləcək.

 

Şagirdlər və ya onların valideynləri “İmtahana buraxılış vərəqəsi”ni DİM-in internet saytından çap edə bilərlər. 

 

AzEdu.az xəbər verir ki, buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı qeyd olunub.

 

Şagirdlər imtahana aşağıdakı sәnәdlәri gәtirmәlidirlər:

- şәxsiyyәt vәsiqәsini (vəsiqədə şəkli olmayan şagirdlər tәhsil aldıqları tәhsil müәssisәsi tәrәfindәn verilәn arayışı (arayışa şagirdin 3x4 ölçülü şәkli yapışdırılır vә şәkil möhürlә tәsdiqlәnir));

- imtahana buraxılış vәrәqәsini.

İmtahan qaydalarına aid “Yaddaş kitabçası” ilə buradan tanış olmaq mümkündür.

 

Rusiyadan şok hücum - Bakı hədəf alındı
Son xəbərlərDaha çox