Azedu.az

Qazaxıstanda məktəblilər kütləvi şəkildə zəhərləniblər

24 Mart 2023, 10:00
Qazaxıstanda məktəblilər kütləvi şəkildə zəhərləniblər

Qazaxıstanın Çimkənd şəhərində keçirilən olimpiadada istedadlı məktəblilər arasında kütləvi zəhərlənmə baş verib.

 

AzEdu.az xəbər verir ki, şəhərdə riyaziyyat fənni üzrə olimpiada təşkil olunub. Burada 900-dən çox uşaq iştirak edib. Onlardan 12-si xəstəxanaya yerləşdirilib.

 

“Günün sonuna qədər olimpiadanın 904 iştirakçısından 12-də qızdırma, mədə-bağırsaq traktının disfunksiyası ilə bağlı nasazlıq əlamətləri yaranıb”, - ölkənin Təhsil Nazirliyindən bildirilib.

 

Hazırda həkimlər zərərçəkənlərə nəzarət edirlər. Onlar gənc riyaziyyatçıların necə və nə ilə zəhərlənə biləcəyini müəyyənləşdirirlər.

İstefa ərizəsi molla rejimini silkələdi - İran çalxalanır
Son xəbərlərDaha çox