Azedu.az

Açıq sualları cavablandıranda sadə karandaşdan istifadə etməyin! - XƏBƏRDARLIQ

14 Mart 2023, 09:49
Açıq sualları cavablandıranda sadə karandaşdan istifadə etməyin! - XƏBƏRDARLIQ

Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış imtahanlarında qapalı və açıq suallardan istifadə olunur. Şagirdlər (abituriyentlər) imtahanda cavablandırdıqları sualları cavab kartına köçürən zaman sadə karandaşdan istifadə edə bilərlər.

Ancaq bir çox iştirakçıya qaranlıq qalan məsələ də var: sadə karandaşdan istifadə həm qapalı, həm də açıq suallar üçün keçərlidir?

 

DİM-dən AzEdu.az-a verilən məlumatda bildirilib ki, sadə karandaşdan yalnızca qapalı suallarda istifadə oluna bilər. Açıq suallar cavablandırılarkən qələmdən istifadə edilməlidir.

 

Əlavə olaraq imtahanda iştirak edənlərin diqqətinə çatdıraq ki, sadə karandaşdan istifadə zamanı cavab kartındakı dairəciklərin içi yetəri qədər qaralanmalıdır.

ŞOK! Rusiya qadağan edilmiş silahları işə saldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox