Azedu.az

13 yaşlı qız sinif yoldaşını bıçaqlayıb

6 Mart 2023, 09:11
13 yaşlı qız sinif yoldaşını bıçaqlayıb

Moskva şəhərindəki 538 saylı məktəbin şagirdi 13 yaşlı sinif yoldaşını bıçaqla kürəyindən yaralayıb.

AzEdu.az xəbər verir ki, münaqişənin nəyin üstündə baş verdiyi məlum deyil. Hüquq mühafizə orqanları hadisə ilə əlaqədar istintaq işlərini davam etdirirlər. Sinif yoldaşlarının dediyinə görə, şagirdi yaralayan qız tez-tez özü ilə məktəbə bıçaq gətirirmiş. Bıçaqlanan uşaq xəstəxanaya aparılıb, həyati təhlükəsi yoxdur.

Uşaqların bir-biri ilə münasibətlərin aydınlaşdırılmasında evdən gətirdikləri bıçaqdan istifadə etmələri Rusiya məktəblərində adi hala çevrilib. Təkcə Moskvada yerləşən məktəblərdəki bu tipli bıçaqlanmalar barədə son ayda 10-a yaxın məlumat var. Bıçaqla silahlanaraq məktəbə gələn şagirdlər barədində ciddi tədbirlərin görülməsi barədə direktorlara artıq göstərişlər verilib. Amma inzibatı və yollarla və məktəbdən qovulmaqla cəzalandırmaqla bu hadisələrin qarşısını almağın mümkün olmayacağını düşünüənlər də var. Psixoloqlar son dövrdə məktəb yaşlı uşaqlar tərəfindən törədilən cinayətlərinin sayında ciddi artımın müşahidə olunması barədə həyəcan təbili çalır və dövlətin diqqətini bu məsələyə cəlb etməyə çalışırlar.

 

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox