Azedu.az

İran şəhərlərində 1600-dən çox tələbə qız zəhərlənib

5 Mart 2023, 17:22
İran şəhərlərində 1600-dən çox tələbə qız zəhərlənib

İranın ayrı-ayrı şəhərlərində 1 600-dən çox tələbə qız naməlum qazdan zəhərlənib.

 

AzEdu.az xəbər verir ki, bu barədə xarici mətbuatdan məlumat əldə olunub.

 

Qeyd edilir ki, onlardan 29-u xəstəxanada müalicə olunur, digər tələbələrin müalicəsi isə ambulator şəraitdə davam etdirilib.

 

Son 3 ayda Qum, Burucerdi, Tehran və Ərdəbil şəhərlərində 71-dən çox məktəbdə 1 600-dən çox tələbə qız zəhərlənib. İran parlamentinin səhiyyə komitəsinin üzvü Zəhra Şeyx ölkə üzrə ümumilikdə 1 657 qız tələbənin zəhərləndiyini bildirib. “İndiyə qədər Qum şəhərində 799, Burucerdi şəhərində 400, Tehranda 350, Ərdəbildə isə 108 tələbə qız zəhərlənib”, - o deyib.

Sərhəddə hərəkətlənmə - Erməni bloqer sığınacaq istəyir
Son xəbərlərDaha çox