Sertifikasiya ilə bağlı yaş məhduduiyyəti yoxdur.
AzEdu.az xəbər verir ki, bu sözləri Təhsil İnstitu İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli “Təhsil masası”nda deyib:
"Nəzərinizə çatdıraq ki, ötən il sertifikasiyada 65 yaşa qədər və 65 yaşdan yuxarı olan və əmək müqaviləsinin vaxtı uzadılan müəllimlər də iştirak etdi.
Nəticə olaraq yaş məhdudiyyəti yoxdur.
Yaşı 65-dən çox olan və əmək müqaviləsinin müddətinin uzadılması ilə bağlı müraciət edən müəllimlər də prosesdə iştirak edə bilərlər”.
Nurlan İsmayılbəyli deyib ki, nəticə uğursuz olarsa, müəllimlə müqavilənin müddəti uzadılmayacaq.