Azedu.az

MİQ imtahanlarına məntiq fənni yenidən əlavə olunmalıdır? - TƏKLİF

1 Mart 2023, 11:30
MİQ imtahanlarına məntiq fənni yenidən əlavə olunmalıdır? - TƏKLİF

2020-ci ilə qədər müəllimlərin işə qəbul imtahanlarının (MİQ) 1-ci mərhələsində məntiq predmetinə aid suallar var idi. Lakin həmin il nazirliyin qərarı ilə məntiqə aid suallar test imtahanı proqramından çıxarıldı. Bu da müəllimlər arasında böyük sevinclə qarşılandı.


Bəzi ekspertlər isə bununla razılaşmırlar. Onlar deyirlər ki, məntiq predmetinə aid suallar yenidən MİQ imtahanına əlavə olunmalıdır.

 

Bəs məntiqin yenidən MİQ imtahanına əlavə olunmasına ehtiyac duyulurmu?

 

Mövzu ilə bağlı təhsil eksperti Elnur Hacıyev AzEdu.az-a açıqlamasında məntiqə aid sualların test proqramına yenidən əlavə olunmasının vacibliyini vurğulayıb:

 

"Düşünürəm ki, müəllimlərin işə qəbulunda hər bir müəllimin məntiqi təfəkkürünün ölçülməsi vacibdir. İmtahana məntiqə aid sualların əlavə olunması zəruridir. Məsələ ondan ibarətdir ki, məktəblərdə nə ibtidai səviyədə, nə də orta səviyədə məntiq sualları ilə işləməyən şəxslər var. Bu səbəbdən yenidən özünü təkmilləşdirmək və təfəkkürün inkişafı üçün məntiqi suallar ilə işləmə bacarığı formalaşdırılmalıdır".

 

Ekspert yeni nəslin mətiqi məsələlər ilə tanış olduğunu bildirib:

 

"Digər bir məsələ ondan ibarətdir ki, hazırki yeni nəsil məntiqi suallar ilə işləmə bacarığına sahibdir. Onlar orta məktəbdə və ali təhsil müəssisələrində bu və ya digər şəkildə məntiqi suallar ilə tanış olublar. Bu səbəbdən probelemin tədricən aradan qaldırılacağını və bütün təhsil işçilərinin məntiqi suallar ilə tanış olacağını düşünürəm".

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox