Azedu.az

Məktəblərdə direktor təyinatı düzgün aparılmır - TƏNQİD

Məktəblər

Maraqlı

Müəllimlər və elm adamları

22 Fevral 2023, 09:13
Məktəblərdə direktor təyinatı düzgün aparılmır - TƏNQİD

“Hazırda orta məktəblərə direktor təyinatı üsulu çox keyfiyyətsiz və uğursuzdur”.

 

AzEdu.az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib:

 

“Mövcud qaydalar hal-hazırda belədi: Test imtahanı verirlər, sonra da məktəbdən xəbərsizlər müsahibə edir və təyin edirlər”.

 

Ekspert bildirib ki, 10 il əvvəl üçün bu qaydalar adekvat hesab oluna bilərdi:

 

“İndi qaydalar daha da pisə doğru dəyişib. Belə ki, şagird sayı 150-ə qədər olan məktəblərə direktor təyinatı Regional Təhsil İdarələri tərəfindən kefləri və maraqları müqabilində həyata keçirilir.

 

Son günlər bəzi məktəblərə məhz direktor təyinatından sonra baş verən etirazlar mövcud qaydalara dəyişikliklər tələb edir”.

Paşinyan Azərbaycanın əsas şərtini QƏBUL EDİR
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox