Məktəb direktorları DQ balı az olan müəllimlərlə bağlı hansı tədbirləri görə bilərlər?
Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin dərs yükü hökumətin təsdiq etdiyi müvafiq normativ-hüquqi sənədlərlə tənzimlənir. Müəllimlərin işə qəbulu və yerdəyişməsi zamanı vakansiyalar məktəb rəhbəri tərəfindən təqdim edilir.
Məktəbdəki fənn müəllimləri arasında Diaqnostik Qiymətləndirmə balına uyğun olaraq, müəllimlər arasında dərs bölgüsü gedir. Əgər məktəbdə hər kəs DQ balına uyğun dərslə təmin olunar və yerdə artıq dərs saatı qalarsa, bu saatlar vakansiyaya verilir.
DQ balı az olduğu halda direktor müəllimə 6 saat dərs yükü ayırmaqla qalan dərs saatını vakansiyaya çıxara bilər.