Məktəblilər arasında breyn-rinq üzrə VII Azərbaycan Çempionatının final mərhələsi keçirilib.
AzEdu.az xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən breyn-rinq televiziya layihəsində Azərbaycanın regionları üzrə 11, Bakı şəhəri üzrə 3 komanda olmaqla, ümumilikdə 14 komanda iştirak edib.
Breyn-rinq üzrə VII Azərbaycan Çempionatında Şirvan, Tovuz, Zaqatala, Mingəçevir, Lənkəran, Ağdam, Şəki, İsmayıllı, Sumqayıt, Quba, Gəncə məktəblərinin komandaları ilə yanaşı paytaxtdakı Texniki-humanitar lisey, 83 nömrəli məktəb-lisey və 120 nömrəli tam orta məktəbin komandaları birincilik uğrunda mübarizə aparıb. 120 nömrəli tam orta məktəbin komandası breyn-rinq üzrə VII Azərbaycan Çempionatının qalibi olub.
Qeyd edək ki, 120 nömrəli tam orta məktəbin komandasının tərkibi Əminə Əskərova, Rəvan Heybətzadə, Əminə Əliyeva, Ruhiyyə Quliyeva, Çinarə Məmmədova, Şəms Əliyevadan ibarətdir.