Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən həyata keçirilən Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI qrant müsabiqəsi üzrə qalib olan “Bizim şagirdlərdən sosial innovasiyalar” adlı layihənin təlimləri uğurla həyata keçirilir.
Təlimlər 2 istiqamətdə həyata keçiriləcək.
Birinci istiqamətdə peşəkar təlimçi Samir Salayev tərəfindən şagirdlərə aşağıdakı mövzularda təlimlər keçirilir:
“Zəfər yolu” üzrə iqtisadi potensialımız
(Füzuli-Şuşa)
“Əhmədbəyli-Ağbənd yolu” üzrə iqtisadi potensialımız
(Cəbrayıl-Qubadlı)
“Əhmədbəyli-Ağbənd yolu” üzrə iqtisadi potensialımız
(Zəngilan)
“Kəlbəcər-Laçın yolu” üzrə iqtisadi potensialımız
(Laçın)
“Toğanalı-Kəlbəcər yolu” üzrə iqtisadi potensialımız
(Kəlbəcər)
“Bərdə - Ağdam yolu” üzrə iqtisadi potensialımız
(Ağdam)
BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri proqramına uyğun olaraq fəaliyyətlər-1:
1.Dünyanın hər bir yerində yoxsulluq və onun bütün formalarına son qoymaq;
2.Aclığa son qoymaq, qida təhlükəsizliyinə nail olmaq və dayanıqlı kənd təsərrüfatını təbliğ etmək;
3.Sağlam həyat tərzini təmin etmək və bütün yaş kateqoriyaları üçün rifahı təbliğ etmək;
4.İnklyüziv və keyfiyyətli təhsili təmin etmək və hər kəs üçün davamlı tədris imkanlarını təbliğ etmək;
5.Gender bərabərliyinə nail olmaq, eləcə də bütün qadın və qızların səlahiyyətlərini artırmaq;
BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri proqramına uyğun olaraq fəaliyyətlər-2:
1.Hər kəs üçün su və sanitariyanın davamlı idarəetməsini və mövcudluğunu təmin etmək;
2.Hər kəs üçün əlverişli, etibarlı, dayanıqlı və müasir enerjiyə çıxışı təmin etmək;
3.İnklüziv və dayanıqlı iqtisadi inkişafı, eləcə də hər kəs üçün tam və məhsuldar məşğulluğu təbliğ etmək;
4.Möhkəm infrastruktur yaratmaq, inklyüziv və dayanıqlı sənayeləşməni və innovasiyanı təbliğ etmək;
5.Ölkələrarası və ölkədaxili qeyri-bərabərliyi azaltmaq;
6.Şəhərləri və digər insan yaşayış məskənlərini inklyüziv, təhlükəsiz, möhkəm və dayanıqlı etmək;
7.Dayanıqlı istehlak və istehsal modellərini təmin etmək;
BMT-nin 2030-cu il Dayanıqlı İnkişaf Məqsədləri proqramına uyğun olaraq fəaliyyətlər:
1.İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə aparmaq üçün təcili addımlar atmaq;
2.Dayanıqlı inkişaf üçün okean, dəniz və digər su hövzələrini qorumaq və onlardan düzgün istifadə etmək;
3.Ekosistemlərin dayanıqlı istifadəsini müdafiə, bərpa və təbliğ etmək, meşələri dayanıqlı idarə etmək, səhralaşma ilə mübarizə aparmaq, torpaq deqradasiyasının qarşısını almaq və dayandırmaq, o cümlədən biomüxtəliflik itkisini dayandırmaq;
4.Dayanıqlı inkişaf uğrunda sülhsevər və inklyüziv cəmiyyəti təbliğ etmək, hər kəs üçün ədaləti təmin etmək, və bütün səviyyələrdə səmərəli, məsul və inklyüziv institutları yaratmaq;
5.İcra vasitələrini möhkəmləndirmək və dayanıqlı inkişaf üçün qlobal əməkdaşlığı canlandırmaq.