139 nömrəli tam orta məktəbdə şagirdin döyülməsi iddialarına aydınlıq gətirilib.
Məktəbdən verilən məlumata görə, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bildirilib ki, məktəbin V sinif şagirdinin (müvafiq səbəblərə görə şagirdin adı qeyd olunmur) döyülməsi ilə bağlı bəzi mediada yayılan məlumat həqiqətə uyğun deyil:
"Məktəbdə belə bir hadisə baş verməyib. Qeyd olunan şagird 22 dekabr tarixində dərsdə olub. Valideynin dediyinə görə evə vaxtında gedib. Bu gün də ikinci növbə dərsə gəlib".