Azedu.az

Bir ildə məktəbə 3-cü direktor təyinatı qalmaqal yaratdı   

Məktəblər

Maraqlı

22 Dekabr 2022, 12:23
 Bir ildə məktəbə 3-cü direktor təyinatı qalmaqal yaratdı    

Xırdalan şəhər 10 nömrəli tam orta məktəbdə valdieynlər və müəlimlər arasında qalmaqal yaşanır.

 

AzEdu.az xəbər verir ki, Modern.az-ın əldə etdiyi məlumata görə, qalmaqala səbəb direktor Gülnarə Allahverdiyevanın işdən çıxarılmasıdır.

 

Belə ki, valideynlər keçmiş direktor Gülnarə Allahverdiyevanın işdən çıxarılmasından xəbərdar olduqlarını və bunu müsbət qarşıladıqlarını bildirirlər. Bu gün təyinat alan yeni direktor barədə isə heç bir məlumatlarının olmadığını və ona hər hansı etiraz etmədiklərini qeyd edirlər.

 

Məktəbin müəllim heyəti isə yeni direktoru qəbul etmir, köhnə direktorun geri qaytarılmasını tələb edirlər. Elə bu səbəblə də müəllimlərdən biri - Şəfəq Nağıyeva öz yaxınlarını məktəbin qarşısına yığaraq, valideynlərin yeni direktoru istəməmələri görüntüsünü yaradıb. Valideynlər isə yeni direktora nəinki etiraz etmədiklərini, onu heç tanımadıqlarını vurğulayırlar. Hətta valideynlər keçmiş direktor Gülnarə Allahverdiyevadan narazı olduqlarını bildirirlər. Onların sözlərinə görə, müəllimlər özləri yeni direktoru istəmədikləri üçün məktəbdə bu cür qalmaqal yaradıblar.

 

Valideynlər onu da bildirir ki, keçmiş direktorun təyinatı dövründə məktəbdə özbaşınalıqlar olub, dərsə dəvamiyyət, tədris prosesi pozulub, bəzi müəllimlər dərsdə təhsillə deyil, telefonla məşğul olublar.

 

Qeyd edək ki, bu, 2022-ci il ərzində məktəbdə 3-cü direktor təyinatıdır. İl başlayandan məktəbə Əzizə Abdiyeva, Gülnarə Allahverdiyeva rəhbərlik ediblər.

İrandan Türkiyəyə ŞOK ZƏRBƏ-Ağır döyüşlər gedir
Son xəbərlərDaha çox