Şagird nailiyyətləri diaqnostik, formativ və summativ qiymətləndirmə formasında aparılır.
Bəs şagirdin yarımilik qiyməti nəyə əsasən müəyyənləşir?
AzEdu.az “Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması Qaydaları”na əsasən xəbər verir ki, şagirdin yarımillik qiyməti müfaviq düsturlarla hesablanır.
Şagirdin yarımillik qiyməti kiçik summativ (yarımillik ərzində keçirilən) qiymətləndirmənin nəticələri 40%, böyük summativ (yarımillik sonunda keçirilən) qiymətləndirmənin nəticələri 60% hesab olunmaqla aşağıdakı düstur əsasında çıxarılır:
Y1 = s1+s2+...+sn/n * 40/100 + S1 * 60/100
s1, s2, sn - kiçik summativlər
n – yarımildə keçirilən kiçik summativlərin sayı
S1- I yarımildəki böyük summativ qiymətləndirmə
Y1 – birinci yarımillik qiymət
Şagirdin yarımillik və illik qiymətləri çıxarılarkən yuvarlaqlaşdırma qaydası da tətbiq edilir.
Məsələn, şagird I yarımildə aparılmış kiçik summativ qiymətləndirmələrdə “3”, “3”, “4” və böyük summativ qiymətləndirmədə “3” qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır:
Y1= (3+3+4)/3 *40/100+3* 60/100= 3 (təqribi)
Və yaxud, şagird II yarımildə kiçik summativ qiymətləndirmələrdən “2”, “3”, “3” və böyük summativ qiymətləndirmədən “3” qiymət aldıqda, onun yarımil üzrə qiyməti aşağıdakı kimi hesablanır.
Y2= (2+3+3)/3 *40/100+3*60/100= 2.8 (təqribi 3)