Azedu.az

Müəllim dərs zamanı dünyasını dəyişdi

Məktəblər

18 Oktyabr 2022, 16:23
Müəllim dərs zamanı dünyasını dəyişdi

Sumqayıtda müəllim dərs zamanı vəfat edib.

 

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov adına 1 nömrəli tam orta məktəbində baş verib.

 

Belə ki, məktəbin rus bölməsinin Azərbaycan dili müəllimi 1959-cu il təvəllüdlü Camalov Şaiq Cəbrayıl oğlu bu gün səhər saatlarında ürəktutmasından məktəbdə vəfat edib.

 

Müəllim dərs prosesi zamanı özünü pis hiss etdiyindən sinifdən çıxıb və qəfil dünyasını dəyişib.

ABŞ-dən sərt xəbərdarlıq - Bu döyüşdən SAĞ ÇIXMAYACAQSINIZ!
Son xəbərlərDaha çox