Azedu.az

Məktəbdə zəhərlənmə - 6 şagird xəstəxanaya çatdırıldı

Məktəblər

Elm və Təhsil Nazirliyi

7 Oktyabr 2022, 13:23
Məktəbdə zəhərlənmə - 6 şagird xəstəxanaya çatdırıldı

Gəncə şəhər 3 nömrəli tam orta məktəbdə şagirdlər arasında zəhərlənmə olub.

 

Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən məlumat verilib.

 

TƏBİB-dən isə bildirilib ki, oktyabrın 7-də saat 11:30 radələrində Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə zəhərlənmə ilə 6 yeniyetmə daxil olub.

 

İlkin tibbi yardım göstərildikdən sonra onlardan 4-ü ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi tibb müəssisəsinin İntensiv terapiya şöbəsində davam edir, vəziyyətləri orta sabitdir.

 

Report

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox