Azedu.az

Lənkəranda məktəbli qız itkin düşdü

Məktəblər

24 Sentyabr 2022, 09:00
Lənkəranda məktəbli qız itkin düşdü

Lənkəranda 16 yaşlı Şahnaz Hüseynova itkin düşüb.

 

AzEdu.az Report-a istinadən xəbər verir ki, Zövlə kənd sakini olan Şahnaz Elşad qızı Hüseynovanı sonuncu dəfə məktəbdən çıxarkən görüblər.

 

Qızlarının məktəbdən qayıtmadığını görən valideynləri narahat olublar. Onu hər yerdə axtarsalar da, heç bir məlumat ala bilməyiblər.

 

Ş.Hüseynovanın itkin düşməsi ilə bağlı polisə məlumat verilib.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox