Azedu.az

Laçında məktəb tikiləcək - 800 min manat ayrıldı SƏRƏNCAM

Məktəblər

22 Sentyabr 2022, 12:58
Laçında məktəb tikiləcək - 800 min manat ayrıldı SƏRƏNCAM

Prezident İlham Əliyev Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

AzEdu.az xəbər verir ki, Sərəncamla Laçın şəhəri, 2 nömrəli tam orta məktəb binasının layihələndirilməsi, əsaslı təmiri və bərpası məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ilkin olaraq 800 min manat ayrılıb.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox