Sertifikatlaşdırmadan keçmiş 3086 təhsilverən vəzifə maaşına 35 faiz əlavə, 5590 təhsilverən isə 10 faiz əlavə alacaq.
Bu barədə Elm və Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumatda bildirilib.
Qeyd edək ki, sertifikatlaşdırma prosesinə birinci mərhələdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Abşeron-Xızı, Quba-Xaçmaz və Gəncə-Daşkəsən Regional Təhsil idarələrinə tabe olan, həmçinin Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimlərinin cəlb olunub.