“Şuşa şəhəri üzrə bu il 179 nəfər birinci sinifə qədəm qoyub”.
Bu sözləri AzEdu.az-a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin Şuşa Sektorunun müdir müavini Anar Məcidov deyib.
O, Şuşa təhsilinin son bir ildə əldə etdiyi nəaliyyətlərdən söz açıb:
”Şuşa təhsil sektoru üzrə 2021-2022-ci tədris ilində rayonun ümumi təhsil məktəblərinin XI siniflərini 234 nəfər məzun bitirib. Onlardan 1 nəfəri gümüş nişan, 5-i isə fərqlənmə attestatı alıb.
IX sinifləri 369 nəfər məzun bitirib, onlardan 7-i fərqlənmə attestatı alıb.
XI sinfi bitirən məzunlardan 164 nəfər ali məktəblərə sənəd verib, onlardan 104 nəfəri tələbə adını qazanıb. 2022 - 2023 cü dərs ilində I sinifə 719 nəfər qəbul olunub”.