Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.
Bu barədə AzEdu.az-a Baş Prokurorluqdan bildirilib.
Qeyd edək ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb. Direktor İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər müəllimdən 50 manat tələb edib.