Azedu.az

Bu gün Azərbaycanda "Bilik günü"dür 

Məktəblər

Elm və Təhsil Nazirliyi

15 Sentyabr 2022, 08:15
Bu gün Azərbaycanda

Bu gün Azərbaycanda "Bilik günü" qeyd edilir.

 

AzEdu.az  xəbər verir ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən çoxsaylı hərbi qulluqçumuz şəhid olub.

 

Bununla əlaqədar olaraq, ümumtəhsil məktəblərinin rəhbər və pedaqoji heyətinə 15 sentyabr – “Bilik Günü”nün təntənəli şəkildə qeyd edilməməsi tapşırılıb.

 

Məktəblərdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

 

2022-2023-cü tədris ilində şagirdlərin ümumi sayı 1 616 214 nəfərdir. 158 297 şagird I sinifdə, 147 029 şagird IX sinifdə, 100 455 şagird isə XI sinifdə təhsil alacaq.

 

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox