Azedu.az

Soydaşımızın uzaq Saxada tikdirdiyi məktəb – I sinfə 4  uşaq getdi-FOTOLAR

Məktəblər

1 Sentyabr 2022, 17:28
Soydaşımızın uzaq Saxada tikdirdiyi məktəb – I sinfə 4  uşaq getdi-FOTOLAR

 

 

Dünyanın bir çox ölkələrində bu gün 1 sentyabr Bilik günü kimi qeyd olunur. Bu münasibətlə azərbaycanlı həmyerlimiz, Saxa Yakutiya Respublikasının Fəxri vətəndaşı, əməkdar inşaatçı və üçüncü çağırış Saxa (Yakut)Resublikası Parlamentinin –İl Tümenin  deputatı Əliş Məmmədov   seçildiyi Xanqalas  əyalətinin məktəbliləri ilə görüşüb.   O həmçinin 20 il bundan əvvəl Xanqalas rayounun Tit Arı kəndində tikdiyi  məktəbdə  də qonaq olub.

 

Tit Arı məktəbində  bu il 43 şagird təhsil alacaq. Bu il isə birinci sinfə gedənlərin sayı 4 nəfərdir. Onlardan  3-ü qız, biri isə oğlandır.

 

Azərbaycanlı həmvətənimiz 1 sentyabr  Bilik günü münasibəti ilə  Tut Arı Kənd məktəbinin kollektivini tədris ili münasibəti ilə təbrik edib. Birinci sinifə gedən 4 şagirdə xüsusui hədiyyələr təqdim edib. Deputatın görüşünə gələn kənd sakinləri və məktəbdə oxuyan digər şagirlər də hədiyyəsiz qalmayıb. İmkansız ailələrə yardım edilib.

Xanqalas rayonun   Tit Arı kənd məktəbinin direktoru  Elvira  Petrovna  Bilik günündə çıxış edərkən deyib ki,  Əliş Zabit oğlu Məmmədov  və onun rəhbəri olduğu “Yakutsement” İstehsalat Birliyi  bizim məktəbin hər zaman təzələnməsində, müsairləşməsində öz dəstəyini əsirgəmir. O bu gün də bizim birinci sinfə gedən uşaqlarımızla birlikdə, bütün şagirdlərimizi sevindirməyi bacardı.

Saxa (Yakut) Respublikasının İl Tümenin deputatı Əliş Məmmədov deyir ki, Xanqalas  Ulusu onun ilk əmək fəaliyyətinə başladığı yerdir. Bu ulusun tərkibində olan bütün əhalinin problemlərinin həll olunmasında, onların həyat şəraitinin yaxşılaşdırılmasında, kommunikasiya və yol problemlərinin həllində bir deputat kimi öz əməyini əsirgəmir. Elə buna görə də  türk yurdu , Xanqalas Ulusunun sakinləri ona “Xanqalas ulusunun Fəxrı vətəndaşı” adı veriblər.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox