Azedu.az

“On minlərlə gənc ixtisas seçimindən keçə bilməyəcək”-XƏBƏRDARLIQ-NƏ ETMƏLİ?

Məktəblər

Universitetlər

Elm və Təhsil Nazirliyi

9 Avqust 2022, 14:18
“On minlərlə gənc ixtisas seçimindən keçə bilməyəcək”-XƏBƏRDARLIQ-NƏ ETMƏLİ?

 

9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq üçün ixtisas seçimi avqustun 8-dən 17-dək internet vasitəsilə həyata keçiriləcək.

 

İxtisas seçimi ilə  bağlı qəbul məsələləri üzrə mütəxəssis  Elçin Efəndi fikirlərini AzEdu.az-la bölüşüb.

 

"İxtisas seçimi zamanı 30 minə yaxın abituriyent müsaqibədən keçə bilməyək"

 

 Elçin Efəndi  kolleclərin plan yerləri haqqında məlumat verib:

 

"Kolleclərə elektron ərizə verən abituriyentlərin sayı 43 minə yaxın, ayrılan plan yerlərin miqdarı isə 10 min 200-dür.  Elektron ərizə təqdim edənlərlə,plan yerlərini müqayisə etsək görərik ki,  təxminən, 30 minə yaxın şagird müsaqibədən keçə bilməyəcəklər".

 

Ekspert valideyn və abituriyentləri kolleclərə ixtisas seçimi zamanı diqqətli olmağa çağırıb:

 

"Həm valideyn, həm də, şagirdlər kolleclərə ixtisas seçimi zamanı daha diqqətli və həssas olmalıdırlar.  Çünki, ali təhsil müəssisələrinin bakalavr və magistratura pilləsi, 9 illik bazadan kolleclərə ixtisas seçimindən çox fərqlənir.  Bakalavr üçün 15,  magistratura pilləsi üçün  20 seçim olduğu halda, kolleclərə ixtisas seçimində abituriyent sadəcə 12 yer seçə bilir. Bu yerlər elə seçilməlidir ki, bu zaman  həm dövlət, həm də ödənişli  əsaslarla olan ixtisasları qeyd  etmək mümkün olsun".

 

"Kolleclərə ixtisas seçimi zamanı əvvəlki illərin faktiki plan yerləri ilə müqayisə aparmaq lazımdır. Əlavə olaraq,  kolleclərin illik təhsil haqları nəzərə alınmalıdır.9 illik bazadan kolleclərə ixtisas seçimi daha strateji olduğundan yaxşı olar ki, abituriyent  mütəxəssis seçimi zamanı daha diqqətli olsun. Əgər qəbul qaydası deyişibsə, mütləq qəbul ballarında  da müəyyən dəyişiklik olacaq. Bu dəyişikliklərə yalnız mütəxəssislər hər hansısa bir fikir  bildirə bilər. Təəbi ki, uzun illər bu sahədə işləyən mütəxəssisdən  söhbət gedir. Kor-təbii şəkildə aparılan ixtisas seçimi şagirdin qəbul olmaması ilə nəticələnə bilər".

 

 

Mövzu ilə bağlı ixtisas seçimi üzrə mütəxəssis  Sübhan Hüseynov da fikirlərini bölüşüb.

 

"Kolleclərə ixtisas seçimi universitetlərə nisbətən daha çətin olur.  Universitetlərdə plan yeri  və statistika öncədən bilinir. Bu isə universitetlərə ixtisas seçimini  daha da asanlaşdırır.  İlk öncə abituriyentlər kolleclərə nə qədər plan yeri olduğunu bilməlidir.  Ümumiyyətlə,  kolleclərərə ixtisas seçimi zamanı abituriyent sayına fikir verməlidirlər. Abituriyent seçim edərək  gələcəkdə  həmin ixtisas sahəsində işləyəcəyini bilməlidir".

 

Son olaraq qeyd edək ki, ixtisas seçiminə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.

 

 

 

Britaniya hərəkətə keçdi - Ukraynaya 30 minlik QOŞUN göndərilir
Son xəbərlərDaha çox