Azedu.az

Müəllimlərin böyük əksəriyyəti sertifikasiyadan asanlıqla keçəcəklər – Tövsiyələr

Məktəblər

28 İyul 2022, 09:00
Müəllimlərin böyük əksəriyyəti sertifikasiyadan asanlıqla keçəcəklər – Tövsiyələr

 

 

 

Hazırda müəllimləri maraqlandıran əsas məsələlərdən biri də sertifikasiya prosesi ilə bağlıdı­r.

 

 

Vahid ədəbiyyatın olmaması isə müəllimlər arasında çaşqınlıq yaradıb. Onların bir çoxu bundan narazılıq edirlər.

 

 

Məsələ ilə bağlı AzEdu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis  Elşən Qafarov müəllimlərin panikaya düşməməsinin psixoloji cəhətdən vacib olduğunu deyib:

 

 

“Sertifikasiya müəllimlərin peşəkarlıq səviyyəsinin artması istiqamətini müəyyən edir. Buraya salınacaq mövzular hazırda təhsil işçilərinin tədris etdiyi fənn bilikləri və  metodika ilə bağlı olan bacarıqlarının yoxlanmasını təqdim edir. Ona görə də sertifikasiya prosesində vahid ədəbiyyatın olmasına ehtiyac yoxdur. Amma  sertifikasiyaya salınacaq suallar bu gün dərsliklərdə olan  mövzuları əhatə etməlidir.

 

 

Bir şəxs kitab çap elətdirir və istədiyi mövzunu oraya daxil edir, imtahana da onu salır, lakin məsələ belə olmamalıdır.

 

 

Düşünürəm ki, müəllimlərin bu gün istifadə etdiyi  müasir təlim metodları və iş üsulları, strategiyaları konkret olaraq  haradasa istifadə olunursa, imtahan prosesinə həmin mövzular salınmalıdır”.

 

 

O, müəllimlərə sertifikasiya prosesinə daha yaxşı hazırlaşmaq üçün     bir sıra tövsiyələr verib:

 

“Müəllimlərə tövsiyəm odur ki,  çəkinməsinlər, onların gündəlik olaraq  tədris etdiyi  mövzular və  istifadə etdikləri müasir metodlar sertifikasiyanın test mərhələsinə düşəcək. Ona görə də sertifikasiyanı həddindən artıq böyütmək doğru deyil.

 

 

Düşünürəm ki, Azərbaycan müəllimlərinin böyük əksəriyyəti sertifikasiyadan uğurla keçəcək. Məsələ yalnız sertifikasiyadan uğurla keçməklə deyil, həm də  prosesdən sonra peşəkarlıq səviyyəsinin  artırılmasıdır. Bu səbəbdən də daha çox bal toplamaq lazımdır.  Prosesdən sonra müəllimlər kateqoriyalara bölünəcək. Ona görə də daha çox bal toplamaq lazımdır. Bu, onun gələcəkdə  əməkhaqqına da təsir edəcək. İnanıram ki, müəllimlərin əksəriyyəti  sertifikasiyadan uğurla keçəcək. Onlar yalnız istifadə etdikləri təlim metodlarını nəzəri cəhətdən bir daha təkrarlasınlar. Ona görə də heç bir problem olmayacaq.

 

 

Son aylar Təhsil İnstitutu bu istiqamətdə marifləndirmə işləri aparır. Müxtəlif regionlarda tədbirlər həyata keçirirlir. Lakin buna 6 ay öncə başlamaq daha məqsədəuyğun olardı. Müəllimlərin bu gün qorxuya düşməsinin səbəbini yalnız məlumatsızlıqla əlaqələndirirəm. Ona görə də Təhsil İnstitutu bu sahədə işi daha da genişləndirməlidir. Müxtəlif videoroliklər , o cümlədən də, təhsillə bağlı olan məlumatlar verilməlidir. Təhsil Nazirliyi vaxtaşırı olaraq  gündə bir neçə dəfə peşəkar müəllimlərin  sertifikasiya ilə bağlı olan məlumatlarını yerləşdirməlidir. Bu sahədə olan peşəkarların işə cəlbi, regional təhsil idarələrinin və digər təhsil qurumları da bu məsələyə qoşulmalıdır. Əsas iş maarifləndirmə prosessinin düzgün aparılmasıdır”.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox