12 iyul tarixində Bakının Şüvəlan qəsəbəsi 4 nömrəli internat məktəbində toy mərasimi keçirilib.
Burada təhsil alan sağlamlıq imkanları məhdud iki gənc ailə həyatı qurub.
Toy mərasimində tanınmış ictimaiyyət və incəsənət nümayəndələri ilə yanaşı, təhsil naziri Emin Əmrullayev də iştirak edib.
El şənliyində iştirak edən qonaqlardan biri, deputat Ceyhun Məmmədov qeyd edib ki, gənclər dövlət tərəfindən evlə təmin ediliblər.
“Bu, bir daha göstərir ki, dövlətimiz gənclərə xüsusi diqqət və qayğı göstərir. Həmçinin, Təhsil Nazirliyinin həmin toy mərasimini təşkil etməsi çox təqdirəlayiqdir”.