Prezident İlham Əliyevin sərəncamı ilə 7 mart tarixində “Tərəqqi” medalına layiq görülən xanımlara bu gün mükafatları təqdim edilib.
Sərəncama əsasən Azərbaycanın ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə bir qrup qadın “Tərəqqi” medalı ilə təltif edilmişdi ki, onlardan biri Nəriman Nərimanov adına 45 nömrəli məktəbin direktoru Axundova Nəcibə Novruz qızıdır.
O, şəhid polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevayanın xatirəsinə həsr olunan tədbirdə “Tərəqqi” medalı Nəcibə Axundovaya təqdim edilib.
Direktor xanım təltiflə bağlı təəssüratlarını bölüşüb. Azedu.az həmin videonu təqdim edir: