Azedu.az

Türkiyəli məktəblilərdən Füzuli aeroportunda maraqlı addım - FOTO/VİDEO

15 Aprel 2022, 14:33
Türkiyəli məktəblilərdən Füzuli aeroportunda maraqlı addım - FOTO/VİDEO

Prezident İlham Əliyevə məktub yazdıqdan sonra dövlət başçısının dəvəti ilə Azərbaycana gələn türkiyəli şagirdlər Füzuli aeroportunda olublar.

 

AzEdu.az xəbər verir ki, Oxu.Az-ın məlumatına əsasən, Türkiyənin Kastomonu vilayətinin Kuzeykənd ibtidai məktəbinin 4A sinfinin müəllim və şagird heyəti işğaldan azad edilmiş ərazilərə, o cümlədən Şuşaya səfərlərindən danışıblar. 

 

Onlar Ermənistanın Azərbaycana qarşı vandalizmindən söz açıblar, bildiriblər ki, ermənilər işğal müddətində mədəniyyət abidələrini, dini abidələri dağıdıblar.

Səfərdən məmnun olduqlarını söyləyən heyət Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davam edəcəyini bildiriblər. Şagirdlər “Qarabağ Azərbaycandır”, “Bir millət, iki dövlət” şüalarını da səsləndiriblər.

TƏCİLİ! Ukraynada ağır döyüşlər gedir
Son xəbərlərDaha çox