Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Gününə həsr olunan tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, tədbirdə məktəbin 4 C sinif şagirdləri dünyanın müxtəlif ölkələrində qadınların bu günü qeyd etməsindən bəhs edən səhnəciklərlə çıxış ediblər.
Səhnəcikdə 30 il sonra Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iştirak edən qəhrəmanlar və şəhid analarının vacib rolu vurğulanıb.