Azedu.az

Ümumi təhsil müəssisələrinin şagirdlərinin Şuşa şəhərinə səfərləri təşkil ediləcək

Məktəblər

Elm və Təhsil Nazirliyi

27 Fevral 2022, 10:00
Ümumi təhsil müəssisələrinin şagirdlərinin Şuşa şəhərinə səfərləri təşkil ediləcək

“Şuşa İli” çərçivəsində Respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələrinin şagirdlərinin Şuşa şəhərinə səfərləri təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, bu, “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Tədbirlər planına əsasən səfərlər 2022-ci il ərzində Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təşkil ediləcək.

 

Qeyd edək ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox