Azedu.az

Məktəbli quldurluğa məruz qaldığını iddia etdi, yalanı ortaya çıxdı- DİN rəsmisi AÇIQLADI

Məktəblər

Maraqlı

10 Fevral 2022, 16:13
Məktəbli quldurluğa məruz qaldığını iddia etdi, yalanı ortaya çıxdı- DİN rəsmisi AÇIQLADI

 

Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb.

 

AzEdu.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib. məlumat verib.

 

Araşdırmalarla məlum olub ki, məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə, “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddilar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib.

 

Məlumata əsasən, polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb.

 

Abş Ukrayna danışıqları nəticə verdi - Müharibə bitir
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox