Göygöl rayonunda fəaliyyət göstərən təhsil ocağında xoşagəlməz hadisə yaşanıb.
AzEdu.az xəbər verir ki, Göygöldəki Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmiraslanova kişi müəllimi təhqir edib.
Bu barədə sosial şəbəkələrdə videogörüntü yayılıb. Görüntüdə müəllimlə direktor arasında dərs bölgüsü ilə bağlı mübahisə anı əks olunub.
Belə ki, müəllim direktordan 14 saatlıq dərs vaxtının ondan xəbərsiz azaldılaraq 11-ə endirilməsinin səbəbini soruşub. Xanım direktor səbəbi izah etmək əvəzinə müəllimi biədəb və aşağılayıcı ifadələrlə təhqir edib.