Azedu.az

Bakıda orta məktəbdən oğurluq edilib

26 Yanvar 2022, 11:02
Bakıda orta məktəbdən oğurluq edilib

Bakıda orta məktəbdən oğurluq edilib.

 

AzEdu.az xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə rayon ərazisindəki orta məktəblərdən birinin sinif otağından 2 ədəd noutbuk və printerin oğurlanması barədə məlumat daxil olub.

 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.Almyaşev müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox