AzEdu.az təhsil portalında yeni-“Sinfini tanıt”-rubrikasına start verilir.
Müəllimlər dərs prosesində şagirdlərilə çəkilən fotolarını yollayacaqlar. Həmin fotolarda dərs prosesinin maraqlı məqamları, orijinal təsvirlər əksini tapmalıdır.
Həmçinin, sinif otağındakı maraqlı detallar, nümunəvi sayıla biləcək nüanslar (məsələn, Azərbaycanın tarixi şəxsiyyətlərinin divardakı rəsmi, uşaqlar tərəfindən hazırlanaraq sinif otağında saxlanılacaq əl işləri və s.) öz əksini tapmalıdır.
Bundan əlavə, bəzi məktəbərimizdə o qədər də yaxşı vəziyyətdə olmayan, hətta bərbad durumu iə fərqlənən sinif otaqlarının, məktəb binalarının da fotolarını ictimailəşdirmək, problemi çatdırmaq məqsədi ilə yayımlamağa hazırıq.
Göndərilən fotolar həm portalda, həm də bütün sosial media hesablarımızda paylaşacağıq.
Sinfini tanıtmaq istəyən bütün müəllimlərdən aktiv iştirak gözləyirik .
Fotoları [email protected] meyl adresinə göndərə bilərsiniz.