Azedu.az

Ölkə üzrə 55 məktəbdə təmir-tikinti işləri aparılır  

11 Yanvar 2022, 09:00
Ölkə üzrə 55 məktəbdə təmir-tikinti işləri aparılır  

Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin sifarişi ilə ölkə üzrə 55 təhsil müəsissəsində təmir və tikinti işləri aparılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, təmir və tikinti işləri aparılan müəssisələrdən 7-si Bakı şəhərində, 48-i (30 rayon üzrə o cümlədən Cəbrayıl, Ağdam rayonları və Şuşa şəhəri) isə regionlardadır.

 

"Bunlardan 3 peşə liseyi və 4 məktəbdənkənar təhsil müəssisəsində də əsaslı təmir və tikinti işləri aparılır" - deyə məlumatda qeyd olunub.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox