Azedu.az

DİN:Direkorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır- Təhqiqat qrupu MƏKTƏBDƏDİR

6 Yanvar 2022, 16:56
DİN:Direkorun şagirdləri döyməsi ilə bağlı araşdırma aparılır- Təhqiqat qrupu MƏKTƏBDƏDİR

 

Paytaxtda fəaliyyət göstərən 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərə şiddət göstərməsi ilə bağlı təhqiqat aparılır.

 

AzEdu.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyev məlumat verib.

 

Məlumatda məsələ ilə bağlı araşdırma aparıldığı və təhqiqat qrupunun hazırda məktəbdə olduğu bildirilib:

 

“Bakı şəhəri 9 nömrəli tam orta məktəbin direktorunun şagirdlərlə uyğun olmayan davranışının əks olunduğu videogörüntülərdən məlumatlıyıq. Ərazi üzrə - Nəsimi RPİ-nin 19-cü Polis Şöbəsində təhqiqat araşdırmaları aparılır. Hazırda təhqiqat qrupu məktəbdədir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

 

 

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox