2021-ci təqvim ilində ölkənin təhsil müəssisələri üçün indiyədək ən çox sayda - 21 000 kompüter alınıb.
AzEdu.az xəbər verir ki,bu barədə Təhsil Nazirliyinin 2021-ci ilə dair hesabatında məlumat verilib.
Məlumata əsasən, məktəblərin yeni alınmış kompüterlərlərlə təchizatı nəticəsində 300 min şagirdin rəqəmsal bacarıqları artacaq, 400 minə yaxın şagirdin summativ qiymətləndirilməsi rəqəmsallaşacaq, 5 regionun (Bakı, Gəncə, Mingəçevir, Şirvan, Sumqayıt) 365 min nəfər şagirdi üçün e-jurnal və e-gündəlik sisteminin tətbiqi mümkün olacaq.