Azedu.az

Məktəblilər arasında bilik yarışı keçirilib

24 Dekabr 2021, 10:01
Məktəblilər arasında bilik yarışı keçirilib

Paytaxt məktəbliləri arasında “Zəfər” adlı bilik yarışı keçirilib.

 

AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi və “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxtdakı 105, 110, 127, 302 və 303 nömrəli tam orta məktəblərin şagirdləri biliklərini sınayıblar.

 

Yarışdan öncə qonaqlar I Qarabağ Müharibəsi və Vətən Müharibəsində iştirak edərək şəhidlik zirvəsinə ucalmış limançıların xatirəsinə həsr olunmuş abidə və park kompleksini ziyarət edib və Bakı Limanının terminallarının fəaliyyəti ilə tanış olublar.

 

Daha sonra hər birində 6 iştirakçı olmaqla 5 komandadan ibarət şagirdlər Vətən Müharibəsi, Azərbaycan tarixi, coğrafiyası, ümumi biliklər, eləcə də Bakı Limanının fəaliyyətinə dair sualları cavablandıraraq birincilik uğrunda mübarizə aparıblar.

 

Yarışın nəticələrinə əsasən 110 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət komanda qalib gəlib.

 

Sonda bütün iştirakçılara Tərifnamə və hədiyyələr təqdim olunub.

Ukrayna ordusu geri çəkildi: Bu şəhərdə Rusiya bayrağı qaldırıldı
SORĞU
İlin ən yaxşı Regional təhsil idarəçisi
Səs ver
Son xəbərlərDaha çox