Məktəblərin distant təhsilə keçirilməsi bilavasitə Operativ Qərargahın səlahiyyətinə aid olan məsələdir. Lakin dövlət məktəblərin bağlanmasını istəmir.
AzEdu.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi, İnfeksionist Təyyar Eyvazov nazirliyin "İnstagram" səhifəsində canlı yayımda qonaq olarkən deyib.
O bildirib ki, mümkün qədər təhsilin əyani formada davam etməsi məqsədəuyğundur: "Çünki biz distant təhsilin fəsadlarını görürük. Həmçinin, hazırda məktəblərdəki yoluxma sayı o qədər deyil ki, total tədbirlər görülsün. Hələlik yoluxma olan siniflərdə 14 gün müddətində bağlanma tədbiri seçilir. Bütün dünyada bu metod tətbiq edilir".(Trend.az)